İranda 22 yaşlı qızın hicaba görə ölümü etirazlara səbəb oldu - Video

iranda-22-yasli-qizin-hicaba-gore-olumu-etirazlara-sebeb-oldu
Oxunma sayı: 12031

İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyası başlayıb.

"Qafqazinfo" "Qazeta.ru"ya istinadən xəbər verir ki, polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

22 yaşlı qızın ölümünü İran rəsmiləri ürək problemləri ilə əlaqələndiriblər. Hadisə şahidlərinin sözlərinə görə isə qız polislər tərəfindən döyülərək öldürülüb.

Bundan sonra iranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtülərini çıxarıb havaya atıblar. 

Qeyd edək ki, İranda hicabı çıxarmaq cinayət əməlidir.