İranda güclü partlayış - Xeyli sayda ölən və yaralanan var+Video

iranda-guclu-partlayis
Oxunma sayı: 8654

İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yanacaq tankerinin partlaması nəticəsində baş verib. Partlayış dalğası o qədər güclü olub ki, ərazidəki bir ofis binasını və bir çox avtomobili tamamilə sıradan çıxarıb. 50-yə yaxın şəxsin yaralandığı bildirilir.

***

Son məlumatlara görə, partlayış nəticəsində xəsarət alanların sayı 80-ə çatıb.

***

Bəndər Abbas limanında baş verən partlayışda xəsarət alanların sayı 195 nəfərə çatıb.

***

İranın təcili yardım xidmətinin sözçüsü Babok Yektapərəst partlayışda yaralananların sayının 406 nəfərə çatdığını açıqlayıb.

***

Məlumata görə, partlayış zamanı 4 nəfər ölüb, xəsarət alanların sayı isə 516-ya çatıb.

***

İranın cənubundakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Məlumata görə, partlayış nəticəsində xəsarət alanların sayı 700 nəfəri ötüb.