İranda iki polis məntəqəsinə hücum, ölənlər var - Yenilənib

iranda-iki-polis-menteqesine-hucum-olenler-var
Oxunma sayı: 3582

İranın Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.

Hücum edənlərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri olduğu deyilir. 

Hazırda hadisənin təfərrüatları araşdırılır.

***

“Fars” xəbər agentliyinin məlumatına görə, törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, təhlükəsizlik qüvvələrinin isə 5 əməkdaşı həlak olub.

Bildirilib ki, ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.