İranda prokuror yandırılaraq öldürüldü

iranda-prokuror-yandirilaraq-olduruldu
Oxunma sayı: 2876

İranda davam edən iğtişaşlar zamanı Şimali Xorasan ostanının İsfərayen şəhərində prokuror və bir neçə təhlükəsizlik işçisi öldürülüb.

“Qafqazinfo” “Iran International”a istinadən xəbər verir ki, bu barədə ostanın məhkəməsi məlumat yayıb. 

“Dünən gecə, İsfərayendəki iğtişaşlar zamanı dövlət prokuroru Əli Əkbər Hüseynzadə əraziyə nəzarət etmək üçün polis və təhlükəsizlik qüvvələri ilə birgə şəhərdə olub”, - məlumatda deyilir. 

Bildirilir ki, iğtişaşçılar prokuror və təhlükəsizlik işçilərinin olduğu treylerə od vurub və yanğınsöndürənlərin əraziyə gəlməsinə mane olublar. Nəticədə, prokuror və bir neçə təhlükəsizlik işçisi yanaraq ölüblər. 

Prokurorluq hadisəni törədənlərin tutulması üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.