“İranda rejim dəyişikliyi baş verə biləcək ən yaxşı şeydir”

iranda-rejim-deyisikliyi-bas-vere-bilecek-en-yaxsi-seydir
Oxunma sayı: 274

“İranda rejim dəyişikliyi baş verə biləcək ən yaxşı şeydir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp həftəsonu üçün Floridaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İranda rejim dəyişikliyini istəyirsinizmi?” sualına cavab verən prezident “Düşünürəm ki, baş verə biləcək ən yaxşı şey bu olardı”, – deyə bildirib.

İranın mümkün ABŞ hücumundan yayınmaq üçün nə etməli olduğu barədə suala cavabında isə Tramp qeyd edib ki, Tehran əvvəlcə “düzgün razılığa gəlməlidir”.

“O zaman biz bunu etməyəcəyik. Amma tarixən onlar belə etməyiblər”, – deyə o əlavə edib.

“Onlar 47 ildir fasiləsiz danışırlar. Bu müddətdə biz çoxlu insan itirmişik”, – Tramp İranın uzun illərdir nəticəsiz danışıqlar apardığını söyləyib.

Trampdan İranda hakimiyyətə kimin gəlməsini istədiyi soruşulduqda isə o, bu barədə konkret mövqe bildirmək istəmədiyini deyib.

ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr göndərdiyini xatırladan ABŞ lideri bildirib ki, yaxın vaxtlarda daha bir təyyarədaşıyan gəmi yola düşəcək.

“Bu dəfə işləri yoluna qoya biləcəyimizi görəcəyik”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti, eyni zamanda, Vaşinqtonun İranın nüvə zənginləşdirmə fəaliyyətlərini qəbul etmədiyini bir daha təkrarlayıb.