“İranda xaos arzulamırıq” - AK Partiya sözçüsü

iranda-xaos-arzulamiriq
Oxunma sayı: 428

“Biz qonşumuz İranda xaos arzulamırıq. İrana xarici müdaxilələr yalnız daha böyük böhranlara və regional qeyri-sabitliyə səbəb olar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin müavini, partiya sözçüsü Ömer Çelik deyib.

Suriyadakı vəziyyəti dəyərləndirən partiya sözçüsü terrorla mübarizənin əhəmiyyətinə də diqqət çəkib:

“Suriya hökuməti YPG-yə qarşı lazımi tədbirləri görüb. Terrorsuz Türkiyənin və regionun əhəmiyyəti bir daha nümayiş etdirilib. YPG terror təşkilatının fəaliyyətlərini kürdlərlə eyniləşdirmək olmaz. Suriyada ərəb, türkmən və kürd qardaşlarımız bərabərhüquqlu vətəndaşlardır. Türkiyə bu məsələ ilə bağlı həssaslığını Suriya hökumətinə rəsmi şəkildə bildirib. Türkiyə bölgədə sülhün və ərazi bütövlüyünün qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”.