İranda zəlzələ - Xəsarət alanlar var+Yenilənib

iranda-zelzele
Oxunma sayı: 5166

İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığında 4,8 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRNA agentliyi xəbər yayıb.

Qeyd edilir ki, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib və şəhərdə hiss edilib.

Germsarın prefekti Reza Hani bildirib ki, zəlzələ nəticəsində bir neçə yaşayış evində elektrik enerjisi və internet xidməti kəsilib.

Məlumata görə, zəlzələ Tehranda və onun ətrafındakı Kerec şəhərində də hiss edilib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

***

“Tasnim”in məlumatına görə, zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb.

***

Son məlumatlara görə, zəlzələ nəticəsində 24 nəfər xəsarət alıb.

***

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 24-ə yüksəlib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.