İrandakı iğtişaşlardan sonra ilk dəfə bir nəfər edam edilib - Fotolar

irandaki-igtisaslardan-sonra-ilk-defe-bir-nefer-edam-edilib
Oxunma sayı: 979

İran hökumət əleyhinə etirazlar başlayandan sonra ilk dəfə iştirakçılardan biri edam olunub.

“Qafqazinfo” BBC-yə istinadla xəbər verir ki, Məşhəddən olan 33 yaşlı idmançı, bodibildinq məşqçisi Əli Rəhbər yanvarın 23-ü səhər saatlarında edam edilib.

Məlumata görə, o, cəmi on gün əvvəl aksiyalarda iştirak etdiyi üçün saxlanılmışdı.

Xatırladaq ki, İranda iğtişaşlar 2025-ci il dekabrın sonunda milli valyuta rialın kəskin dəyər itirməsi nəticəsində başlayıb. İqtisadi problemlərə etiraz olaraq başlayan aksiyalar qısa müddətdə siyasi xarakter alaraq ölkənin əksər böyük şəhərlərinə yayılıb.

Onu da bildirək ki, ötən həftələrdə ABŞ Prezidenti Donald Tramp İranda 800 nəfərin edamının ləğv olunması ilə bağlı İrana təşəkkür etmişdi. Lakin İranın Baş prokuroru Məhəmməd Movahedi Azad Trampın fikirlərini təkzib edərək, bu cür məlumatların həqiqətə uyğun olmadığını və İran məhkəmə sisteminin müstəqil qərarlar verdiyini vurğulayıb.