İrandan Trampın 8 qadınla bağlı açıqlamasına reaksiya

irandan-trampin-8-qadinla-bagli-aciqlamasina-reaksiya
Oxunma sayı: 584

İranın məhkəmə sistemi ABŞ Prezidenti Donald Trampın səkkiz qadının edam cəzasına məhkum edilməsi ilə bağlı iddiasını rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.

İran məhkəməsi bildirir ki, Amerika lideri yalan məlumatlara istinad edərək, İranda səkkiz qadının edam cəzasına məhkum edildiyini iddia edib.

Agentliyin məlumatına görə, araşdırma belə hökmlərin verilmədiyini göstərir.