İsrailin Baş naziri Benyamin Netanyahu bu gün keçirdiyi mətbuat konfransında İranla davam edən hərbi münaqişədə əldə olunan tarixi nailiyyətləri açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Netanyahu İsrail Müdafiə Ordusunun (IDF) İranın hərbi imkanlarını demək olar ki, tamamilə iflic etdiyini bəyan edib.
O, çıxışı zamanı xüsusilə Xəzər dənizindəki əməliyyatın əhəmiyyətini vurğulayıb:
“Biz İranın Xəzər dənizindəki bütün donanmasını məhv etdik. Bu, İsrail tarixində ilk dəfə olaraq İranın şimalında həyata keçirilən ən genişmiqyaslı zərbədir. Raket gəmiləri, komanda mərkəzləri və gəmi təmiri zavodları sıradan çıxarılıb. İsrail və ABŞ-nin birgə həyata keçirdiyi “Nərildəyən Şir” (Operation Roaring Lion) əməliyyatı çərçivəsində Tehranın strateji gücü sarsıdılıb”.
Xatırladaq ki, Netanyahu bu mətbuat konfransına “Mən sağam” ifadəsi ilə başlayaraq, onun öldürülməsi barədə yayılan şayiələri təkzib edib.
Son xəbərlər
Son Xəbərlər