İranın Ali Lideri Əli Xamenei ABŞ və İsrailin hücumunda həyatını itirdikdən sonra xaricdə yaşayan İran vətəndaşları ABŞ Prezidenti Donald Trampın rəqsini təqlid edən videolar paylaşaraq, sosial mediada “Tramp rəqsi” adlı trend yaradıblar.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev də trendə qoşulub.
Belə ki, Ağ Evin rəsmi hesabında müxtəlif ölkələrdə olan iranlıların “Tramp rəqsi” etdiyi anlar paylaşılıb.
Trend sosial mediada geniş yayılıb. İstifadəçilərin bir qismi əyləncəli hesab edib, digərləri isə ironik olduğunu dilə gətiriblər.
Qeyd edək ki, Xameneinin ölümü İranda kədərə səbəb olsa da, digər ölkələrdə yaşayanbir çox iranlı tərəfindən sevinclə qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər