“İranlılar bizimlə razılıq əldə etmək üçün “yalvarırlar”

iranlilar-bizimle-raziliq-elde-etmek-ucun-yalvarirlar
Oxunma sayı: 897

“İranlılar bizimlə razılaşma əldə etmək üçün “yalvarırlar”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb. 

“İran tərəfdən danışıq aparanlar çox fərqli və “qəribə”dirlər. Onlar bizimlə razılığa gəlmək üçün yalvarırlar, orduları məhv edildiyi və heç vaxt özünə gəlmək şansı olmadığı üçün bunu etməli idilər. Bunlara baxmayaraq, bəyan edirlər ki, “biz təklifi nəzərdən keçiririk”. Doğru deyil!!! Yaxşı olar ki, onlar çox gec olmadan ciddi olsunlar. Çünki nəsə baş versə, daha geriyə yol olmayacaq və bu yaxşı olmayacaq”, - Tramp qeyd edib.