İraq hökuməti ABŞ ilə ölkəyə nağd dollar göndərişlərinin davam etdirilməsi barədə razılığa gəlib.
“Qafqazinfo”nun məlumatına görə, İraq hökumətinin sözçüsü Heydər əl-Əbbudi bildirib ki, razılaşma Baş nazir Əli əl-Zeydinin ABŞ-yə səfəri zamanı əldə olunub və yaxın günlərdə yeni dollar göndərişi həyata keçiriləcək.
Razılaşmanın İraqın dolların paylanmasına nəzarət və valyutanın istifadəsinin tənzimlənməsi sahəsində atdığı addımlardan sonra əldə edildiyi bildirilib.
ABŞ daha əvvəl İraqın İranla bağlı bəzi mövqelərinə görə dollar göndərişlərini gecikdirib.
Son xəbərlər
Son Xəbərlər