“İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişməyib”

irevanin-ktmt-ile-bagli-movqeyi-deyismeyib
Oxunma sayı: 1966

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti ölkənin KTMT-dəki üzvlüyünün dondurulduğunu elan etsə də, Rusiyadakı səfiri Qurgen Arsenyan təşkilatdakı həmkarları ilə birlikdə Rusiya xarici işlər naziri ilə görüş keçirib. Arsenyanın iştirakı diqqəti ona yönəldib ki, İrəvan son bir neçə ildə KTMT ilə bağlı bütün tədbirləri bu və ya digər şəkildə boykot edib.

Bu müddət ərzində ölkənin Baş naziri Nikol Paşinyan bir neçə dəfə Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu bəyan edib. Bu ilin sentyabrında o, KTMT-ni Ermənistanın təhlükəsizliyinə təhdid adlandırıb və bəyan edib ki, təşkilatla münasibətlərdə geri dönüş nöqtəsi artıq keçib.

Kreml Paşinyanın bu rezonanslı bəyanatına reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov onun fikirləri ilə razılaşmadığını bildirib və vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur, əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırır.