İsgəndər Həmidov vəfat etdi

isgender-hemidov-vefat-etdi
Oxunma sayı: 17375

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib. 

"Qafqazinfo" bildirir ki, bu barədə Tibb elmləri doktoru, professor Adil Qeybulla sosial şəbəkədə məlumat verib. 

Qeyd edək ki, ötən ayın 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Həmidov fevralın 5-də "Bakı City Hospital"a aparılmışdı.

Xatırladaq ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. O, 1992-93-cü ildə Azərbaycanın Daxili İşlər naziri vəzifəsində çalışıb.