Işın Karaca xəstəliyindən danışdı

isin-karaca-xesteliyinden-danisdi
Oxunma sayı: 3321

Türkiyəli məşhur sənətçi Işin Karaca saç qıran kimi tanınan Alopesiya areata xəstəliyinə tutulduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu haqda instaqram hesabından açıqlama verib.

“Gördüyünüz kimi saçım yoxdur. Mənim qaşlarım, kirpiklərim də yoxdur. Əslində bədənimin heç bir yerində tük yoxdur. Siz bilmədən nələr yaşadım... Xəstəlikdən gizlənmək çətin olmağa başladı. Ona görə paylaşıram...

Bu arada davamlı olaraq müalicə alıram. Başıma vurulan iynələrin sayını, udduğum dərmanların sayını unutdum...”, - Işın Karaca qeyd edib.