ABŞ Prezidenti Donald Tramp Venesuelada həyata keçirilən hərbi əməliyyatın bəzi detalları barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə Respublikaçılar Konqresinin iclası zamanı deyib.
O, ABŞ qüvvələrinin müdaxiləsi zamanı, demək olar ki, bütün Venesuela ərazisində enerjinin kəsildiyini bildirib. Trampın sözlərinə görə, bu hadisə venesuelalılara “nəyinsə baş verdiyini” anlamağa kömək edib.
Ağ Ev rəhbəri vəziyyəti xarakterizə edərkən maraqlı ifadə işlədib:
“İşıq yalnız şamı olanların yanında idi”.
Xatırladaq ki, yanvarın 3-də ABŞ ordusunun Karakasdakı “Fort Tiuna” hərbi bazasına və digər strateji obyektlərə hava hücumu ilə başlayan əməliyyatı nəticəsində Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək Nyu-Yorka gətirilib.
Son xəbərlər
Son Xəbərlər