Bu gün İsmayıllı rayonunun ictimai-mədəni həyatında əlamətdar hadisələrdən biri baş verib.
“Qafqazinfo” xəbər verir ki, ilk dəfə nəşr olunan “İsmayıllı” jurnalının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, şəhid ailələri, idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak edib.
“İsmayıllı” jurnalı rayonun qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, çoxmillətli həyat tərzini, eləcə də geniş turizm potensialını özündə əks etdirir. Təbiətin füsunkar gözəlliyi, ekoturizm imkanları, tarixi abidələri və qonaqpərvərliyi ilə seçilən İsmayıllının daha geniş auditoriyaya tanıdılması jurnalın əsas məqsədlərindən biridir.
Bu layihə həm rayonun keçmişini və bu gününü işıqlandırır, həm də gələcəyə uzanan inkişaf yolunu əks etdirir.
“İsmayıllı” jurnalı rayonun tanıdılması, turizm imkanlarının təbliği və milli irsimizin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi mənbələrdən biri olacaqdır.










Son xəbərlər
Son Xəbərlər