İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil aşıb.
Qəza zamanı 66 yaşlı sürücü Malik İsmayılov və 75 yaşlı sərnişin Lətafət Abdullayeva müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər