İsmayıllıda qəzada 2 nəfər həlak oldu - Biri körpədir - Yenilənib

ismayillida-qezada-2-nefer-helak-oldu
Oxunma sayı: 2735

Bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.

Nəticədə, “Hyundai”da olan 2 nəfər həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Hadisə nəticəsində ölən şəxslərin 60 yaşlı Elina Məmmədova və 1 yaşlı körpə olması müəyyənləşib.

***

Qəza zamanı Türkanə Sadıqova (29 yaş), İlahə İsmayılova (25 yaş), Məmməd Məmmədov (25 yaş), Faiq İsmayılov (25 yaş) və Zahid Nuriyev (25 yaş) xəsarət alıb.