“İsrail bu halda İrana zərbə endirə bilər”

israil-bu-halda-irana-zerbe-endire-biler
Oxunma sayı: 705

“Tehran ballistik raketlərlə bağlı “qırmızı xətti” keçərsə, İsrail İrana zərbə endirə bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jerusalem Post” öz mənbələrinə istinadən məlumat yayıb.

İsrailin artıq ABŞ-ni bu barədə məlumatlandırdığı bildirilir. 

“Biz amerikalılara demişik ki, əgər İran ballistik raketlər üçün müəyyən etdiyimiz “qırmızı xətti” keçərsə, təkbaşına zərbə endirəcəyik”, - nəşrin həmsöhbəti deyib.

Onun sözlərinə görə, İsrail İranın daxilində cərəyan edən hadisələri daim izləyir. 

Nəşr qeyd edir ki, İsrail Müdafiə Nazirliyinin nümayəndələri bu yaxınlarda amerikalı həmkarlarına İranın ballistik raket yaratma proqramının yəhudi dövlətinin mövcudluğu üçün təhlükə təşkil etdiyini bildiriblər.

Məlumata görə, son danışıqlar zamanı İsrail İranda raket proqramı ilə bağlı əlavə obyektlərə zərbələr endirmək planlarını təqdim edib.

Eyni zamanda, İsrailin rəsmi şəxsləri ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Yəməndə husilərə qarşı son əməliyyatlarına bənzər məhdud zərbə modelini qəbul edə biləcəyindən narahatdırlar.

“Belə bir narahatlıq var ki, o, bir neçə hədəf seçə, uğur qazandığını elan edə və husilərlə bağlı olduğu kimi məsələnin fəsadları ilə məşğul olmağı İsrailə həvalə edə bilər”, - hərbi məmur qəzetə bildirib.

O vurğulayıb ki, bu cür tədbirlər əsas təhlükəni aradan qaldırmaq iqtidarında deyil.