İsrail “Hizbullah”ın zərbəsinə belə cavab verdi

israil-hizbullahin-zerbesine-bele-cavab-verdi
Oxunma sayı: 410

İsrail “Hizbullah”ın pilotsuz uçuş aparatları (PUA) buraxmasına cavab olaraq Livandakı Ərəb Səlim bölgəsinə zərbələr endirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Lebanon 24” xəbər portalının məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail ordusu “Hizbullah” tərəfindən atəşkəsin pozulmasına cavab olaraq ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrinə silsilə zərbələr endirib.

Ərəb-Səlimə endirilən iki hava zərbəsi nəticəsində bir qadın ölümcül xəsarət alıb. Bundan əlavə, Kfar Rumman qəsəbəsinə də hava zərbəsi endirilib.