İsrail İnfantino ilə bağlı həmin qərarını dəyişdi

israil-infantino-ile-bagli-hemin-qerarini-deyisdi
Oxunma sayı: 515

İsrail Futbol Assosiasiyası (IFA) FİFA prezidenti Canni İnfantinonun yenidən seçilməsinə əvvəllər verdiyi dəstəyi geri götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.

Bildirilir ki, bu qərar, FİFA-nın kommersiya qolu olan “FIFA Forward Enterprise” şirkətindəki 25%-lik payın kənar investorlara satılması planlarının yaratdığı etimad böhranından irəli gəlir. 

Qeyd edək ki, son günlər İnfantinonun fəaliyyəti UEFA daxilində də ciddi narazılıqlara səbəb olub. UEFA onun istefasını tələb edir.