İsrail ordusu İran sakinlərinə kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək üçün nə etməli olduqlarını bildirib.
“Qafqazinfo” xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü iranlıları rəsmi sosial media hesabları vasitəsilə İsrail ordusu və ya “Mossad” ilə əlaqə saxlamağa çağırıb.
“Biz İran xalqından xahiş edirik ki, bizimlə yalnız rəsmi kommunikasiya kanallarımız vasitəsilə əlaqə saxlasınlar və əməkdaşlığı müzakirə etsinlər”, - açıqlamada deyilir.
Son xəbərlər
Son Xəbərlər