İsrail prezidenti arzusunu açıqladı

israil-prezidenti-arzusunu-aciqladi
Oxunma sayı: 461

İsrail Prezidenti İsaak Hersoq Səudiyyə Ərəbistanı ilə sülh bağlanmasını qeyd etmək arzusundadır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, ABŞ-nin “Newsweek” jurnalına müsahibəsində bildirib.

“Mənim arzum, məsələn, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səud ilə sülhü qeyd etmək olardı”, - Hersoq deyib. 

Onun fikrincə, islamın və iudaizmin beşiyi olan bu iki ölkə birlikdə dünyanı dəyişə bilərlər. İsrail prezidenti Ər-Riyadla sülhün həm şəxsən onun üçün, həm də bütün region üçün mühüm hadisə ola biləcəyini deyib.

İ.Hersoqun sözlərinə görə, Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdan keçir.