İsrailin vurduğu ambulans Tehranda nümayiş etdirilir - Video

israilin-vurdugu-ambulans-tehranda-numayis-etdirilir
Oxunma sayı: 2382

İsrailin İrana hücumunda hədəf alınan təcili yardım maşını paytaxt Tehranda nümayiş etdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, iki tibb işçisinin həyatını itirdiyi Qızıl Ayparaya məxsus təcili yardım maşını Tehranın “Haft-i Tir” meydanında nümayiş olunur.

Vətəndaşlar da tez-tez avtomobilin yanına gələrək fotolarını çəkirlər.