İstanbul derbisini o idarə edəcək

istanbul-derbisini-o-idare-edecek
Oxunma sayı: 1656

Türkiyə Superliqasının XV turunda “Beşiktaş” – “Fənərbaxça” oyununu idarə edəcək hakim müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, İstanbul derbisi Mehmet Türkmenə həvalə olunub.

Qeyd edək ki, dekabrın 7-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Hazırda “Fənərbaxça” 32 xalla ikinci, “Beşiktaş” 22 xalla beşinci pillədə qərarlaşıb.