İstanbulda avtobus dayanacağa çırpıldı - Ölən və yaralananlar var

istanbulda-avtobus-dayanacaga-cirpildi
Oxunma sayı: 2802

İstanbulun Bahçelievler bölgəsində idarəetmədən çıxan avtobus dayanacağa çırpılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və polis qrupları cəlb edilib.

Hazırda araşdırma qruplarının bölgədəki işləri davam edir.