Almaniya Kansleri Fridrix Merts rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (CDI) partiyası daxilində və ölkədə artan narazılıqlar fonunda istefa verməyəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, Almaniya hökumətinin başçısı bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“Mən istefa verməyəcəyəm. Hazırda istefaya getmək məsələsini, ümumiyyətlə, nəzərdən keçirmir. Bu qərarım Almaniyanın sosial təminat sistemində genişmiqyaslı islahatların aparılması zərurəti ilə bağlıdır”, – deyə Merts vurğulayıb.
Qeyd edək ki, “Ipsos-Politikmonitor” tərəfindən oktyabrın 7-də keçirilən rəy sorğusu Almaniya vətəndaşlarının böyük əksəriyyətinin Mertsin istefasını dəstəklədiyini göstərib. Respondentlərin 58%-i (44%-i tam, 14%-i isə daha çox) kanslerin həm hökumət rəhbəri, həm də CDI lideri postunu tərk etməli olduğu fikri ilə razılaşıb.
Aşağı reytinqlərə baxmayaraq, Merts xalqın sevimli liderinə çevrilmək niyyətində olmadığını, əsas məqsədinin çətin və qeyri-populyar islahatları həyata keçirmək olduğunu bildirib. O, hazırda bu mühüm islahatlar ətrafındakı “münaqişənin mərkəzində” olduğunu qeyd edib.
Son xəbərlər
Son Xəbərlər