“İstənilən gənc oyunçu şansını özü qazanmalıdır” - Berdiyev

istenilen-genc-oyuncu-sansini-ozu-qazanmalidir
Oxunma sayı: 328

“Turan Tovuz” Misli Premyer Liqasının 29-cu turunda doğma meydanda “Zirə” ilə heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Ümumilikdə pis oyun olmadı. Əsas heyətin oyunçularının olmaması ikinci hissədə bir qədər özünü göstərdi. Bəzi futbolçular yorulmağa başladı. Amma oyuna görə uşaqlara təşəkkürümü bildirdim”.

“Avrokuboklara vəsiqəni təmin etdikdən sonra gənc futbolçulara şans verməyi düşünürsünüz?” sualına isə o, belə cavab verib:

“İstənilən gənc oyunçu əsas komandada oynamaq şansını özü qazanmalıdır”.