“İstəyərəm ki, “Barselona” ilə düşək” - Elvin Cəfərquliyev

isteyerem-ki-barselona-ile-dusek
Oxunma sayı: 2332

“Hər kəsi təbrik edirəm. Çox xoşdur və ikinci dəfə tarix yazdıq. Bu mənim üçün ilk oldu və xoşbəxtəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Ferentsvaroş”la görüşdən sonra “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

“Çox çətin oldu. Az qala matç əlavə hissələrə gedirdi. Rəqibimiz çox güclü idi. Çox xoş oldu ki, bu cür bitirdik. İstəyərəm ki, liqa mərhələsində “Barselona” ilə düşək”.