“İsveç Rusiyanın mümkün hücumu qarşısında yalnız müdafiə olunmaqla kifayətlənməyəcək”.
“Qafqazinfo” “T-online” nəşrinə istinadən xəbər verir ki, bu bəyanatla İsveç Hava Müharibəsi Mərkəzinin rəhbəri, polkovnik Karl Berqkvist çıxış edib.
Polkovnik bildirib ki, İsveç Hərbi Hava Qüvvələri Rusiyanın dərinliklərində yerləşən hərbi hədəflərə zərbələr endirməyə hazırlaşır:
“Hücum qarşı tərəfə çox baha başa gəlməlidir. Düşmən anlamalıdır ki, münaqişə baş verəcəyi təqdirdə döyüş əməliyyatları yalnız İsveç ərazisi ilə məhdudlaşmayacaq. Bu isə qabaqlayıcı zərbə yox, çəkindirmə strategiyasıdır”.
Qeyd edək ki, İsveç Müdafiə Komitəsi Rusiya və NATO arasında müharibənin “nisbətən tezliklə” başlaya biləcəyini bəyan etmişdi. Almaniya və Norveç hərbi rəhbərliyi isə toqquşmanın bu onilliyin sonunadək başlayacağını ehtimal edir.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl bəzi ölkələrin NATO-ya “piroq bölgüsündə iştirak etmək” üçün tələsdiyini, lakin heç kimin Rusiyaya strateji məğlubiyyət yaşada bilməyəcəyini vurğulamışdı.
Son xəbərlər
Son Xəbərlər