“İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”

isvecre-bu-prosesi-her-zaman-desteklemeye-hazirdir
Oxunma sayı: 293

“İsveçrə və Azərbaycan uzunmüddətli dost münasibətlərinə malikdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsveçrənin federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

İ.Kassisin sözlərinə görə, iki ölkə arasında investisiyaları artırmaq imkanları da mümkündür: “Azərbaycanın geosiyasi yerləşməsi ona geohub rolunu oynamaq imkanı verir”.

Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə gəldikdə isə Kassis bunları qeyd edib: “Bir ildir ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”.

Günel İbrahimova