İsveçrədə Yeni il şənliyi zamanı partlayış - Ölən və yaralananlar var

isvecrede-yeni-il-senliyi-zamani-partlayis
Oxunma sayı: 771

İsveçrənin turistlər arasında populyar olan Vale bölgəsinin Krans-Montana dağ xizəyi kurortunda partlayış baş verib.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub. 

İsveçrə polisi bildirib ki, partlayışın səbəbi hələ ki bəlli deyil:

“Bir neçə nəfər ölüb, xəsarət alanlar var”.

Mənbənin yazdığına görə, hadisə kurortun barında, insanlar Yeni il şənliyini qeyd edən zaman baş verib. Bu zaman barda olan insanların sayı 100-dən çox olub.