İtaliyada partlayış - 2 ölü, 8 yaralı

italiyada-partlayis
Oxunma sayı: 1496

İtaliyanın Florensiya şəhəri yaxınlığında neft emalı zavodunda şiddətli partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Üç nəfərin isə axtarışları aparılır.

Qubernatorluq hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Bildirilib ki, partlayış yanacaq çənindəki yanğın nəticəsində olub.