ABŞ kəşfiyyatı İranda davam edən hərbi əməliyyatlara baxmayaraq, ölkənin şaquli güc strukturunun hələ də öz mövqelərini qoruyub saxladığını hesab edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) direktoru Tulsi Qabbard Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsində keçirilən dinləmələr zamanı bəyanat verib.
NSA direktoru bildirib ki, “Epik Qəzəb” (Epic Fury) əməliyyatı nəticəsində ciddi itkilər versə də, Tehran rejimi hələ ki toxunulmaz görünür:
“Lakin ölkənin iqtisadi vəziyyəti pisləşdikcə, hakimiyyət daxili ziddiyyətlərin kəskinləşməsi ilə üzləşəcək”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat artıq üçüncü həftəsinə daxil olub.
Son xəbərlər
Son Xəbərlər