İtkin düşmüşdü - Meyiti zirzəmidə tapıldı

itkin-dusmusdu
Oxunma sayı: 822

Qaradağ rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, mayın 7-si saat 10 radələrində 1977-ci il təvəllüdlü Lökbatan sakini Asəf Şirinovun meyiti yaşadığı evin zirzəmisində aşkarlanıb.

Onun aprelin 27-dən itkin düşmüş şəxs kimi axtarıldığı bildirilib.

İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.