İtkin kimi axtarılırdı, meyiti tapıldı

itkin-kimi-axtarilirdi-meyiti-tapildi
Oxunma sayı: 2507

Hacıqabulda iki gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, 72 yaşlı Qızılburun kənd sakini Xanzaman Məmmədov yaşadığı evin həyətində ağaclıq ərazidə ölmüş vəziyyətdə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Onun ürəktutmadan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.