Sumqayıtda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mehriban Qarayeva ilə vida mərasimi keçirilib.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra M.Qarayeva Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Mehriban Arif qızı Qarayeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyulun 9-da Ağdərə rayonunun Sərxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.
***
“Qafqazinfo”nun məlumatına görə, itkin itkin düşmüş hesab edilən Zibeydə Əhmədova ilə Xocalıda yerləşən Şəhidlər xiyabanında vida mərasimi keçirilib.
Vida mərasimindən sonra Z.Əhmədova Şəhidlər xiyabanında dəfn olunub.
Ziya Əmirxanlı







Son xəbərlər
Son Xəbərlər