Sabirabadın Qaratəpə kənd sakini, I Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşinin qalıqları tapılıb.
“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, şəhid R. Ağayev 1992-ci ildən etibarən itkin hesab olunurdu.
34 il sonra nəşinin qalıqları tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı. Hazırda onun adını daşıyan Rəsul adında nəvəsi var.
Şəhid R. Ağayevin nəşinin qalıqlarının gələn həftə doğulduğu Qaratəpə kənd qəbirstanlığında dəfn olunacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər