Dünən səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini Zaqatala Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşlarının birgə iştirakı ilə çətin relyefli dağlıq ərazidən təxliyə olunublar.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Onlar hazırda polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.
Qeyd edək ki, tapılan şəxslər Əli Əlizadə və Əbdül Rzayevdir.
***
Zaqatala rayonunda dağlıq-meşəlik ərazidən təxliyə olunan turistlərin vəziyyətləri stabildir.
TƏBİB-dən bildirilib ki, səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər Bakı şəhər sakini - Əli Əlizadə və Əbdül Rzayev təxliyə olunub.
TƏBİB-in tabeliyindəki Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilib, laborator, instrumental müayinələr təmin olunub. Kəskin travmatik xəsarətləri yoxdur, hazırda stressə və hipovolemiyaya qarşı yardım edilir.
Əbdül Rzayevə aşıq baldır oynağının əziyi diaqnozu ilə tibbi yardım göstərilib.
Ümumi vəziyyətləri stabil olaraq qiymətləndirilir. Həkim müşahidəsi altındadırlar.



Son xəbərlər
Son Xəbərlər