İvanişvili siyasətə qayıdıb

ivanisvili-siyasete-qayidib
Oxunma sayı: 3073

Gürcüstanın keçmiş Baş naziri, milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “İmedi” telekanalı yayıb. 

Məlumata görə, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiya qurultay zamanı sözügedən siyasi qüvvənin təsisçisi B.İvanişvilini onun fəxri sədri seçib. 

Qurultayda çıxış edən İvanişvili bildirib: “Düz üç il əvvəl ictimaiyyəti aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə məlumatlandırmışdım. Bu gün isə, üç il sonra öz təşəbbüsüm ilə partiyanın fəxri sədri statusunda siyasiya həyata qayıdıram”.

Qeyd edək ki, İvanişvili siyasi fəaliyyətini 2021-ci ilin əvvəlində başa vurmuşdu. Belə ki, o bu zaman “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının rəhbəri postunu tərk edib və siyasətdən getdiyini açıqlayıb. 67 yaşlı siyasətçi 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrına qədər Gürcüstanın Baş naziri olub.