İzmirdə polis bölməsinə silahlı hücum - Ölənlər var-Yenilənib

izmirde-polis-bolmesine-silahli-hucum
Oxunma sayı: 2564

İzmirin Balçova rayonunda polis bölməsinə silahlı basqın edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum zamanı 2 polis əməkdaşı ölüb, 1-i isə ağır yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və xüsusi əməliyyat qrupları göndərilib.

Cinayəti törədən şəxsin 16 yaşında olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslə bağlı araşdırma aparır.

***

“TRT Haber”in məlumatına görə, hadisə nəticəsində 2 polis yaralanıb. 

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə insidenti törədən E.B adlı şəxsin saxlanıldığını açıqlayıb.