İzmirdə polislərə silahlı hücum - Yaralılar var

izmirde-polislere-silahli-hucum
Oxunma sayı: 1614

Türkiyənin İzmir şəhərində əməliyyat keçirən 3 nəfər polis silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hücum zamanı yaralanan 3 polisdən ikisinin vəziyyəti ağırdır.

Qeyd olunub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.