Jorji Jezuş Portuqaliya millisinə gətirilir

jorji-jezus-portuqaliya-millisine-getirilir
Oxunma sayı: 498

Portuqaliya milli komandasının baş məşqçisi postuna Jorji Jezuş gətiriləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə anlaşıb.

O, AVRO-2028 və Portuqaliyanın İspaniya, həmçinin Mərakeşlə birgə ev sahibliyi edəcəyi DÇ-2030-u əhatə edən dövr üçün komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, çalışdırıcı sonuncu olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna rəhbərlik edib. O, Portuqaliya nümayəndə heyəti ABŞ-dən qayıtdıqdan sonra müqavilə imzalamaq üçün federasiya prezidenti ilə görüşəcək.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.