Joze Mourinyodan “Fənərbaxça” rəsmisinə sərt cavab - “Onu tanımıram”

joze-mourinyodan-fenerbaxca-resmisine-sert-cavab
Oxunma sayı: 5352

“Bəlkə də klubda özünü gücləndirmək üçün belə bir açıqlama verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqası pley-off mərhələsində keçiriləcək “Benfika” ilə oyundan əvvəl mətbuat konfransında deyib. 

Çalışdırıcı bu sözləri “Fənərbaxça”nın vitse-prezidenti Həmdi Akının açıqlamasına cavab olaraq bildirib: “Sabahkı oyunun asan olduğunu deyən şəxsin kim olduğunu bilmirəm. Mən onu tanımıram”.

Qeyd edək ki, İstanbul təmsilçisinin vitse-prezidenti Hamdi Akın daha öncə “Benfika”nı asanlıqla keçə biləcəklərini və onların vacib komanda olmadıqlarını deyib. 

Nihad Əsədov