Juninyo “Qarabağ”dan getmək üçün cibindən 1 milyon ödəyəcək

juninyo-qarabagdan-getmek-ucun-cibinden-1-milyon-odeyecek
Oxunma sayı: 4022

İspaniyanın “Relevo” nəşri “Qarabağ”ın hücumçusu Olavio Juninyonun “Sevilya”ya mümkün keçidi barədə maraqlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, ispan həmkarlarımız braziliyalı forvardın Azərbaycan klubuna öz cibindən pul ödəyəcəyini yazıb.

Belə ki, “Sevilya” “Qarabağ”ın istədiyi məbləği ödəyə bilmədiyi üçün Juninyo 1 milyon avronu özü vermək qərarına gəlib.

O, La Liqada oynamaq arzusu üçün bu addımı atıb.