Kadırov Bodrumda dənizdə boğulurmuş - Xəstəxanaya yerləşdirildi

kadirov-bodrumda-denizde-bogulurmus
Oxunma sayı: 7597

Çeçenistan rəhbəri Ramzan Kadırov Bodrumda tətildə olarkən dənizdə boğulma təhlükəsi ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İHA məlumat yayıb.

Hadisə günorta saatlarında Bodrumun Kaynar rayonunda hotellərin birində baş verib.

Məlumata görə, Ramzan Kadırov dənizə girib və qəfil çapalamağa başlayıb.

Sahil Mühafizə qrupları onu sahilə çıxararaq ilkin tibbi yardım göstəriblər.

Daha sonra Çeçenistan rəhbəri xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hazırda Kadırovun vəziyyəti stabildir.