“KamAz” dəmir maneələrə çırpıldı - Sürücü öldü

kamaz-demir-maneelere-cirpildi
Oxunma sayı: 542

Qazaxda “KamAz”ı dəmir maneələrə çırpan sürücü ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yuxarı Daşsalahlı kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov “KamAz” markalı avtomobili idarə edərkən idarəetməni itirib və avtomobil dəmir maneələrə çırpılıb.

Daha sonra sürücü avtomobildən düşüb və hadisə yerində vəfat edib. Əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev