“KamAZ” Vito” ilə toqquşdu - Ölən var-Yenilənib

kamaz-vito-ile-toqqusdu
Oxunma sayı: 563

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəza zamanı ölən və xəsarət alanlar var. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə  yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəzada xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Elbrus Tağıyev və 1957-ci il təvəllüdlü Nailya Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Yunis Quliyev